Deputat Fərəc Quliyev bunu parlamentdəki çıxışında Türkiyə və Azərbaycana münasibətdə ikili standartların olmasından danışarkən dedi. O, Qərbin Azərbaycana münasibətdə ədalətsiz davranışlarına diqqət çəkdi: “Bizim torpaqlarımız işğal altındadır. Biz parlamentdə nəhayət, Dağlıq Qarabağ məsələsini geniş müzakirəyə çxıartmalıyıq. BMT qətnamələrini ortaya qoymalı, bəyan etməliyik ki, siz qərarların icrası istiqamətində addım atmırsınızsa, imkan verin, biz torpaqlarımızı azad edək! Hesab edirəm ki, düşmənə 1-2 ay vaxt vermək lazımdır. Unutmayaq ki, sıra biz gəlir, Türkiyəni əzəndən sonra başqa müsəlman dövlətlərinə də münasibət eyni olacaq! Biz Türkiyə ilə mədəni və siyasi münasibətləri hərbi müstəviyə keçirərək Türkiyə ilə birgə addım atmalıyıq və parlamentin Qarabağla bağlı xüsusi iclasının keçrilməsini təklif edirəm”.
İnterpress.az