Deputatın səhhətində problemin yaranması xəbəri ilə bağlı Ana Vətən Partiyasının (AVP) mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova \”Ölkə.Az\”-a münasibət bildirib.
Tünzalə İsmayılovanın sözlərinə görə, deputatın səhətində heç bir problem yoxdur:
\”Fəzail Ağamalı xarici ölkələrdən birində istirahət edir. Deputatın nömrəsinə ona görə zəng çatmır ki, Fəzail Ağamalı telefon nömrəsini dəyişib\”.
Qeyd edək ki, xəbərdə Fəzail Ağamalının Milli Məclisin iclaslarına da qatılmaması və səhhəti ilə əlaqədar xarici ölkədə müalicə olunduğu deyilirdi.
İnterpress.az