Venesuelada iğtişaşlar – ölən və yaralananlar varbackend

Venesuelada iğtişaşlar – ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, paytaxt Karakasda milli qvardiyaçılar müxalifətin nümayişini dağıdarkən 17 yaşlı gənc öldürülüb.

Mayın 3-də etiraz aksiyalarında xəsarət alan 161 nəfər xəstəxanaya yerləşdirilib. Venesuelada aprelin 4-dən davam edən aksiyalarda ölənlərin sayı 30-u ötüb.

Növbəti etiraz aksiyalarına səbəb Konstitusiya Assambleyasının çağırılması olub. Bunu ölkə prezidenti Nikolas Maduro paytaxt Karakasda keçirilən 1 May nümayişində bəyan edib. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma dövlət quruluşunu dəyişməklə yanaşı qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirib.

İnterpress.az