İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, Ərdoğan və Putinin Soçidə təxminən üç saat davam edən zirvəsinə Suriyadakı inkişaflar, çatışmasızlık bölgələri və iqtisadi məhdudlaşdırmaların qaldırılması damğasını vurdu.
Görüş Putinin Soçidəki \’Baçarov Ruçev\’ rezidensiyasında reallaşdı. Putin, \”dəvətimizi qəbul edərək Soçiyə gəldiyiniz üçün sizə təşəkkür edirik. Ayrıca Türkiyədəki referendum səbəbindən sizi təbrik edirəm \”dedi. Ərdoğan da \”Əhəmiyyətli məsuliyyətlər dolu bir dövrü yaşayırıq.
Türkiyə ilə Rusiyanın burada atacağı addım, bölgənin taleyini dəyişdirəcək. Bu görüşməni təmin etdiyiniz üçün çox təşəkkür edirəm \”deyə bildirdi.
Liderlərin yanında danışıqlara Türk tərəfindən xarici işlər naziri Mevlüt Çavuşoğlu, MİT Məsləhətçisi Hakan Fidan, Rus tərəfindən xarici işlər naziri Sergey Lavrov, Rusiya müdafiə naziri Sergey Şoyğun və Rusiya Dövlət Başçısı müşaviri Yuri Uşakov qatıldı.
İnterpress.az