İngilis Kral ailəsindən pensiya elanıbackend

İngilis Kral ailəsindən pensiya elanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Buckingham Sarayından edilən şərhdə, Edinburgh Dükü Şahzadə Philipin məsul olduğu vəzifələrdən çəkiləcəyi açıqlandı.
Edinburgh Dükü\’nin bu qərarının Kraliça 2-ci Elizabeth ilə dəstəyi ilə qərar verildiyi ifadə edildi.
Qeyd olunur ki, Şahzadə Philip hələ də ölkə daxilində 780 təşkilat, vəqf və dərnəyin başçılığını və üzvlüyünü icra edir.
Məlumata görə, bu səhər erkən saatlarda İngilis mətbuatı Buckingham Sarayında gecə yarısı fövqəladə toplantı haqqında xəbər vermişdir.
Dünən səhərə yaxın saat 3-də Buckigham Sarayıdaki ən üst səviyyə səlahiyyətlilərin təcili yığıncağa çağırıldığını yazan İngiltərə qəzeti yığıncağın səbəbini Şahzadə Philipin sağlamlığı ilə əlaqədar olduğu ilə bildirmişdi. Ancaq bir müddət sonra bu xəbərin doğru olmadığı ortaya çıxdı.

İnterpress.az