İnterpress.az-ın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə prokurorluğunun yaydığı məlumatda bildirilir.
Məlumata görə, 18 ölüm faktı paytaxt Karakasda, 6 – Karabobo ştatında, 5 – Larada, 2 – Meridada, 2 – Mirandada, Barinas və Taçira ştatlarının hər birində 1 ölüm faktı qeydə alınıb. Ölənlər arasında 4-ü yeniyetmə, biri Milli Qvardiya əməkdaşı, daha biri isə polis əməkdaşıdır.
Prokurorluq bütün ölüm və xəsarət halları ilə əlaqədar istintaq tədbirlərinin həyata keçirildiyini qeyd edib.
Qeyd edək ki, aprelin 4-də Ali Məhkəmə müxalif Milli Assambleyanın hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub.
İnterpress.az