Muqabe: “ABŞ Çinin qarşısında diz çöküb”backend

Muqabe: “ABŞ Çinin qarşısında diz çöküb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Muqabenin 30 illik hakimiyyəti dövründə Zimbabve hiperinflyasiya, işsizlik və uçurumdan yuvarlanan iqtisadiyyatla baş-başa qalıb. O, çökmüş iqtisadi duruma baxmayaraq, Durbanda keçirilən “Dünya iqtisadiyyatı forumu”da ölkəsinin çox uğur qazandığını bildirdi.

“Biz kasıb ölkə deyilik və viran da qalmamışıq. Mən viran ölkəyə nümunə Amerikanı göstərə bilərəm” -deyib və ABŞ-nin Çin qarşısında diz çökdüyünü vurğulayıb.

Dövlət başçısı ölkəsinin 90% savadlılıq dərəcəsini vurğulayaraq bildirib ki, Zimbabave Cənubi Afrikadan sonra Afrikanın ən inkişaf etmiş ölkəsidir.

2000-ci ildə ölkədə ağ dərili ferma sahibləri tutulmuşdu. “Oxfam”ın icraçı direktoru Vinni Byanyima da paneldə çıxış edərək Afrikanın avtoritar liderlərini günahlandırıb. “Bizim liderlər deyirlər ki, ölkələri varlıdır, inkişaf edib və ehtiyatları var, lakin insanlar bunu görmür” – Byanyima deyib.

Byanmiya həmçinin liderlərə çağırış da edib: “Gəlin digərlərinə şans verək. Ölkədə ədalətli və şəffaf seçkilərin keçirilməsi vacibdir ki, insanlara da təsiri olsun”.

93 yaşlı Muqabenin müzakirənin sonunda yuxuya getdiyi bildirilir (Skynews).

İnterpress.az