İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, sağçı lider Bretonda 50 nəfərlik qrupun etirazı ilə üzləşib. \”Faşistlər rədd olsun\” sloqanını işlədən etirazçılar Lö Penə yumurta atıblar.
Marin Lö Pen hadisə ilə bağlı bunları deyib:
\”Onlar Renndən gələn solçulardır. Bu qrupların fəaliyyətinə qadağa qoyulmalıdır\”.
Xatırladaq ki, mayın 7-də Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək. Marin Lö Pen prezident olmaq uğrunda \”İrəli\” hərəkatının başçısı Emmanuel Makronla mübarizə aparacaq.
İnterpress.az