Səsvermə artıq başlayıb və fransızlar aktiv şəkildə seçkilərdə iştirak edir.
Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də baş tutub.
Səsvermənin nəticələrinə görə ikinci tura 24,01% səs toplayan “İrəli” hərəkatının təsisçisi Emmanuel Makron və 21,3% səs toplayan “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen keçib.
Əgər Makron qalib gəlsə Fransanın tarixində ən gənc, Le Pen seçilsə ilk qadın prezident kimi tarixə düşəcək.
İnterpress.az