İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, Haley açıqlamasında bunları dedi: \”Venesuela Dövlət Başçısı (Nicolas) Maduro\’nun öz xalqının əsas hüquqlarını heçə sayması ölkədəki siyasi və iqtisadi böhranı artırdı. Maduro hökumətinin nümayişçilərə zorakılıq tətbiqindən dərin narahatlıq duyuram. Maduro rejimi Venesuelanın konstitusiyasına və xalqının səsinə hörmət göstərməlidir. Xüsusilə də hökumətin Venesuela xalqının təməl qida və tibbi ehtiyacları qarşılayamaması məni çox narahat edir. Mən haqsız yerə həbs olunan hər kəsi dərhal sərbəst buraxılmasına çağırıram\”.
Xatırladaq ki, Venesuelada mart ayının sonundan bu yana davam edən hökumət əleyhinə etirazlarda 37 nəfər ölüb, yüzlərlə adam yaralanıb, onlarla adam isə nəzarət altına alınıb. Venesuela Ali Məhkəməsi, 31 Martdakı qərarı məhkəmənin əvvəlki qərarlarına riayət etmədiyi səbəbiylə Konqressin səlahiyyətlərini üzərinə götürmüşdü. Müxalifət, bu qərarın ölkəni diktatorluğa gedən və dönüşü olmayan yola saldığını müdafiə etmiş, paytaxt Caracasda xalq küçələrə tökülmüşdü. Reaksiyaların ardından məhkəmə, 1 Apreldə qərarını geri çəkdiyini açıqlamışdı.
Buna baxmayaraq xalq, erkən seçki tələbiylə etirazlarını davam etdirir.
İnterpress.az