Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 5-də Binə qəsəbə sakinləri Rövşən Vəliyevdən və Tural Abdullayevdən 10 ədəd 50 manatlıq saxta əsginas götürülüb.
T.Abdullayevin evinə baxış zamanı isə oradan əlavə olaraq 2 ədəd 50 manatlıq saxta əsginas da aşkar edilib.
İnterpress.az