Yeni Cenevrə müzakirələri 16 Maydabackend

Yeni Cenevrə müzakirələri 16 Mayda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, BMT baş katibinin spikerliyindən edilən şərhə görə, Mistura, Suriyalı tərəfləri qarşılıqlı müzakirələr üçün İsveçrənin Cenevrə şəhərində yenidən yığacaq. Şərhdə, Misturanın dəvət edilən tərəflərlə BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı çərçivəsində həlli üçün sıx müzakirələr reallaşdıracağı ifadə edildi.
Misturanın, xüsusilə qadınların siyasi prosesə iştirakının artması üçün israrçı olduğu ifadə edilən şərhdə, \”Müzakirələr üçün hazırlıqlar davam edərkən, Mistura keçən həftə Astanada razılaşmanın şiddətin azalması üçün əhəmiyyətli qatqı təmin etməsini və bu vəziyyətin Cenevrə siyasi müzakirələrə müsbət əks olunmasını ümid edir\”- ifadələrinə yer verildi.
Açıqlamada, Misturanın BMT Təhlükəsizlik Şurasını mövzu haqqında bu ay içində məlumatlandıracağıq də ifadə edildi.
Toplantıya dəvət edilən tərəflərə müzakirələrin nə qədər sürəcəyinə bağlı isə məlumat verilməyib.

İnterpress.az