\”Report\” xəbər verir ki, qəza Ruhulla Axundov və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.
Hadisə nəticəsində \”Opel\” markalı avtomobil ilə BMW toqquşub. Hazırda qəza yerinə polis əməkdaşları cəlb olunub.
Dövlət Yol Polisi əməkdaşının məlumatına görə, qəzaya BMW markalı minik avtomobilinin sərxoş vəziyyətdə maşın idarə edən 51 yaşlı sürücüsü Telman Hüseynov səbəb olub. O, sərxoşluğun müəyyən edilməsi üçün tibb müəssisəsinə getməkdən imtina edib və nəticədə tərəflər arasında mübahisə yaranıb. Sonda T.Hüseynov məcburi qaydada müvafiq tibb müəssisəsinə aparılıb.
İnterpress.az