Barak Obama yeni seçilmiş prezident Donald Trampa Maykl Flinni milli təhlükəsizlik müşaviri kimi işə götürməklə bağlı xəbərdarlıq edib, – Ağ Ev təsdiqləyib.
Cənab Obama öz varisinə bu barədə noyabr seçkisindən 48 saatdan az müddət keçmiş Oval ofisdə söhbət zamanı xəbərdarlıq edib, sabiq Obama məmurları bildirib.
Cənab Flinnin Rusiya nümayəndəsi ilə əlaqəsi onu şantaja qarşı müdafiəsiz edib, bazar günü Senatda dinləmələr olub.
O, bu əlaqələrin xarakterini gizlətdiyi üçün fevral ayında işdən azad edilib.
İstefada olan ordu general-leytenantı cənab Flinn andiçmə mərasimindən əvvəl Rusiya nümayəndəsi Sergey Kislyak ilə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının müzakirəsi barədə Tramp administrasiyasını aldadıb.
Ağ Evin mətbuat katibi Sin Speyser bazar ertəsi gündəlik brifinqdə bildirib:
\”Doğrudur ki, prezident Obama general Flinnin fanatı olmadağını aşkar şəkildə bildirib\”.
Lakin cənab Speyser əlavə edib, \”nəzərə alaq ki, general Flinn prezident Obama üçün çalışıb [və] prezident Obamanın nöqsanlarının, konkret olaraq özünü İŞİD adlandıran qruplaşmaya və Amerika ətrafındakı digər təhlükələrə qarşı mübarizə strategiyasının olmamasının açıq tənqidçisi olub\”.
Obama administrasiyası Flinni Müdafiə Kəşfiyyatı Agentliyinin rəhbəri vəzifəsindən 2014-cü ildə bacarıqsız rəhbərlik və temperamenti məsələlərini əsas gətirərək çıxarıb.
Cənab Speyser keçmiş prezidentin cənab Flinnə etirazlarını da sorğulayıb:
\”Əgər cənab Obama həqiqətən general Flynn-dən narahat idisə, niyə onun bir neçə ay əvvəl təsdiqlənmiş təhlükəsizlik rəsmiləşdirilməsini dayandırmayıb?\”
Ədliyyə Departamentinin 27 illik prokuroru yanvar ayında Donald Tramp tərəfindən işdən çıxarılıb
Bu məsələ keçmiş baş prokuror vəzifəsini icra edən Salli Yates cənab Kislyak ilə cənab Flynn-in əlaqələri barədə konqres paneli qarşısında ilk dəfə açıq ifadə verdikdən sonra aydınlığa qovuşub.
Ədliyyə Departamentinin 27 illik prokuroru yanvar ayında Donald Tramp tərəfindən administrasiyanın səyahət qadağasını qüvvədə saxlamaqdan imtina etdiyinə görə işindən çıxarılıb.
Xanım Yates Senatın Hüquqi alt komitəsinə bildirib ki, o, yanvarın 26-da şəxsi görüş zamanı Ağ Evin müşaviri Don Makqenə cənab Flinn barədə xəbərdarlıq edib.
Xanım Yates bildirib ki, cənab Flinn ABŞ vitse-prezidentinə \”yalan\” deyib və ruslar bunu bilirdi.
Flinn-lə bağlı nə baş verib?
2014-cü ilin apreli – Obama administrasiyası Flinni Müdafiə Kəşfiyyatı Agentliyinin rəhbəri vəzifəsindən azad edib
2015-ci ilin dekabrı – Pullu spiker kimi Moskvada şam yeməyində iştirak edib
2016-cı ilin fevralı – Tramp kampaniyasında işləməyə başlayıb
2016-cı il noyabrın 10-u – Obama Flinn-i işə cəlb etməmək üçün Trump-a xəbərdarlıq edib
2016-cı il noyabrın 18-i – Milli təhlükəsizlik üzrə müşavir vəzifəsinə iş təklifini qəbul edib
2016-cı ilin dekabrı – Rusiya səfiri ilə danışıb
2017-ci il 26/27 yanvar – Baş prokurorun müavini vəzifəsini icra edən Ağ Evə Flynn-in səfir ilə danışması barədə xəbərdarlıq edib
2017-ci il fevralın 8-i – Səfirlə sanksiyaları müzakirə etdiyini rədd edib
2017-ci il fevralın 13-ü – Milli təhlükəsizlik üzrə müşavir vəzifəsindən istefa verib
Maykl Flinnin Rusiya ilə əlaqələri Federal Təhqiqatlar Bürosu və Senat və Nümayəndələr Palatasının Kəşfiyyat Komitələri tərəfindən Moskvanın ötən ilin noyabrında baş tutan ABŞ prezident seçkilərinin Donald Tramp-ın xeyrinə sonlanması üçün müdaxilə etməsi iddiaları ilə bağlı daha geniş araşdırmanın tərkib hissəsi kimi araşdırılır (BBC).
İnterpress.az