İnterpress.az-ın APA-ya istinadən məlumatına görə, şəhər sakini 1984-cü il təvəllüdlü Mahmudov Nofəl Elxan oğlu qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, N. Mahmudov özü-özünü bıçaqlayıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
İnterpress.az