Trumpdan Suriya qərarıbackend

Trumpdan Suriya qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evdən yayılan yazılı şərhdə Trumpın, söz mövzusu qərarı imzalayaraq ABŞ Konqresinə göndərdiyi bildirildi.
İlk olaraq 11 May 2004-cü ildə tətbiq olunmağa başlayan \”Suriya rejiminin yaratdığı təhdidlərə qarşı milli təcili tətbiqi,\” müəyyən adam və məhsulların ABŞ ilə Suriya arasında ticarətə mövzu olmasını qadağan edir.
Suriya rejiminin terroru dəstəkləməsi, kütləvi qırğın silahlarına sahib olması və mərmi proqramını davam etdirməsi kimi səbəblərin sıralandığı qərarda, bu elementlərin ABŞ-nin milli maraqlarına təhdid təşkil etdiyi ifadə edildi.
Ayrıca rejimin, azadlıq və fikir çağırışı edən Suriya xalqına vəhşi hücumlar təşkil etdiyi yazılan qərarda, rəhbərliyin kimyəvi silahlara sahib olduğuna işarə edildi.
Əsəd rejiminin hücum və insan hüquqları pozuntularının də ağır şəkildə tənqid olunduğu qərarda, rejimin humanitar yardımların çatdırılmasını maneə törətməsi və siyasi keçid prosesinin qarşısını alınması da güclü şəkildə qınandı.
Konqress qeydlərinə daxil olan qərar ilə ABŞ rəhbərliyi 1 il daha Suriyaya qarşı milli təcili tədbirlərini davam etdirəcək.
Qeyd olunur ki, ABŞ-ın istənilən zamanda bu qərarı dəyişdirmə və qaldırma səlahiyyəti var.
Son olaraq əvvəlki prezident Barak Obama, 4 May 2016da bu qərarı 1 illiyinə uzatmıştı.

İnterpress.az