Təhlükəsizlik qüvvələrinin həyəcan siqnalı elan etməsinə səbəb bir neçə İŞİD qruplaşması üzvünün ölkədə gizləndiyinə dair məlumat almaları olub.
Anti-terror əməliyyatları Bavariya, Saksoniya, Saksoniya-Anhalt və Berlin ştatlarında icra olunur.
Məlumata görə, polis konkrekt olaraq 3 nəfəri axtarır. Onlardan 2-si İŞİD qruplaşmasının üzvüdür. Digər bir nəfər isə onlara dəstək olan şəxsdir. Hələlik əməliyyatlar zamanı heç kim həbs olunmayıb. Lakin ötən gün polis əməkdaşları Leypsiq şəhərində bir neçə nəfərin saxlanıldığını bildirmişdi. ( aznews.az )
İnterpress.az