Avstriyanın baş nazirinin müavini istefa verdibackend

Avstriyanın baş nazirinin müavini istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Raynhold eyni zamanda iqtisadiyyat naziri postunu və Avstriya xalq partiyasının rəhbəri vəzifəsini də tərk edir.

Mitterlener 2014-cü ildən vitse-kansler vəzifəsini tutur. Eyni ildə partiyaya rəhbər seçilib. O, 2008-ci ildən iqtisadiyyat nazirliyinə də rəhbərlik edir.

Mitterlenerin partiya sədrliyindən gedəcəyi barədə şayələr 6 ay əvvəldən başlamışdı. Partiyaya 2018-ci ildə keçiriləcək parlament seçkiləri üçün yeni impuls verməyi hədəfləyən Raynhold istefa vermək niyyətində olduğunu bildirmişdi.

Avstriyanın konservativ xalq partiyası 1945-ci ilin 17 aprel tarixində qurulub və sosial demokratlarla birlikdə respublikanın əsas siyasi gücünü təşkil edir.

İnterpress.az