İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp PKK terror təşkilatının Suriya qolu olan PYD-yə ağır silah verilməsini nəzərdə tutan sənədi imzalayıb.
Mövzuya münasibət bildirən PYD terror təşkilatının rəhbəri Saleh Müslüm, Amerikaya təşəkkür etdiklərini söyləyib: \”Biz cənab Trampdan bu addımı gözləyirdik. Ona təşəkkürümüzü bildiririk\”. Məsələ ilə bağlı rəsmi Ankaradan hələlik açıqlama verilməyib. Qeyd edək ki, Türkiyə PKK-nın Suriya qolu PYD-ni terror təşkilatı olaraq tanıyır. Donald Trampın verdiyi qərarın iki ölkə münasibətlərini gərginləşdirəcəyi gözlənilir.
İnterpress.az