Bu barədə \”Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı\” İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı deyib.
QHT rəhbərinin sözlərinə görə, işçilərin çoxu evakuasiya olunub.
Ekspert əlavə edib ki, \”SOCAR-AQŞ\” şirkətinin qazma briqadası və \”28 May\” NQÇİ-nin bəzi işçiləri tərəfindən baş verə biləcək fəsadların qarşısını almaq üçün tədbirlər görülür.
\”APA-Economics\”ə SOCAR-dakı mənbə isə bildirib ki, sözügedən özüldə quyuda qaz sızması baş verib. Mənbə əlavə edib ki, qısa müddət ərazində sızmanın qarşısı alınıb.
SOCAR-dan \”APA-Economics\”ə bildirilib ki, yayılan informasiyalar həqiqəti əks etdirmir: \”Açıq fontandan söhbət gedə bilməz. Bu, normal istehsalat təzahürüdür\”.
Dövlət şirkətinin rəsmisi onu da qeyd edib ki, işçilərin həyatı üçün heç bir təhlükə yoxdur.
İnterpress.az