İnterpress.az Xezerxeber-ə istinadən xəbər verir ki, yerli məhsulların bazarda payının artması ilə meyvə tərəvəz ucuzlaşıb.
Qiyməti ən çox düşən məhsullar çiyələk, alça və almadır. Əriklə gilas bəzi rayonlarda tam yetişmədiyindən qiymətləri 1 kiloqramı 2 manat 50 qəpik, 6 manat arası dəyişir. Mövsümi meyvələrin hamısından almaq üçün ortalama 20 -30 manat kifayət edir.
Satıcılar qiymətlərin enməsinin əsas səbəbinin bu il yerli məhsulun bol olması ilə əlaqələndirirlər. Bir neçə günə bəzi meyvələrin bazarlara çıxması ilə qiymətlərin daha da enəcəyi gözlənilir.
İnterpress.az