İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, Putin, Soçidə Fələstin Dövlət Başçısı Mahmud Abbas ilə görüşündən sonra jurnalistlərə etdiyi şərhdə, iki dövlət olaraq İsrail və Fələstinin dinc-yanaşı yaşaması üçün, bölgənin sabitliyi və təhlükəsizliyi üçün gücdən istifadədən imtina şərt olduğunu ifadə etdi.
İsrail-Fələstin probleminə, yalnız beynəlxalq hüquqa söykənən siyasi bir həll ola biləcəyini vurğulayan Putin, \”Bu səbəblə ikitərəfli əlaqələri dəstəkləmək və tək tərəfli addımlardan çəkinmək əhəmiyyət kəsb edir\”-deyə bildirdi.
İnterpress.az