Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə bildirib. Onun sözlərinə görə, 5 yaşlı Yağmur birliyə polis əməkdaşları tərəfindən gətirilib:
“İlkin baxış zamanı uşağın zorakılığa məruz qaldığı aşkarlandı. Uşağın dediyinə görə, onu bu hala atası salıb. Təxminən 5 yaşı var. Bəlkə kimsə Yağmuru tanıyır?”
Kamalə Ağazadə qeyd edib ki, Yağmurun üstündəki paltarlar polis əməkdaşları alıb: “Çılpaq imiş…”
İnterpress.az