İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya xarici işlər naziri Sigmar Gabriel, Baş nazir Binali Yidırımla dünən etdiyi görüşdən sonra, iki ölkənin əlaqələrini yaxşılaşdırmaq istədiklərini söyləyərək, son dövrdə yaşanan gərgin münasibətin aradan götürülməsinə işarə etdi.
Yıldırım ilə dünən Londonda görüşən Gabriel, daha yaxşı bir əlaqənin qurulması üçün iki ölkənin də daha çox səy göstərməsi lazım olduğunu söylədi.
Alman ZDF televiziyasına açıqlama verən Gabriel, \”görüşümüzdə hər şeydən əvvəl məntiqli bir əlaqəyə necə geri dönəbiləcəyimizdən danışdıq\” dedi.
İnterpress.az