İnterpress.az-ın məlumatına görə, nəticədə həmin müəssisələrin fəaliyyəti pozulub. Vəziyyətə Baş nazir Tereza Mey nəzarət edir.
Hakerlər İngiltərədə və Şotlandiyada 40 xəstəxananın kompüterlərinə daxil olublar. Britaniyanın Milli Səhiyyə Xidməti vəziyyətin ciddi olduğunu bəyan edib.
Hadisə ilə əlaqədar çoxlu əməliyyatlar təxirə salınıb, təcili tibbi yardım maşınları kompüter sistemləri işləyən xəstəxanalara göndərilib.
İnterpress.az