İnterpress.az-ın məlumatına görə, ilk oyunda Azərbaycan və Özbəkistanın qadınlardan ibarət yığmaları qarşılaşıb.
\”Sərhədçi\” İdman Olimpiya Mərkəzindəki görüş həndbolçularımızın qələbəsi ilə başa çatıb. Qadınlardan ibarət yığma komandamız 42:25 hesabı ilə rəqibini məğlub edib.
Bununla da finala yüksələn Azərbaycan millisi ən azı gümüş medalı təmin edib.
Qeyd edək ki, saat 13:30-da keçiriləcək Türkiyə – Kamerun matçının qalibi yığmamızın rəqibi olacaq. Final görüşü mayın 14-də saat 18:00-da keçiriləcək.
İnterpress.az