İnterpress.az Trend-ə istinadən bildirir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı, Azərbaycan karateçisi Rafael Ağayev deyib.
İdmançı ölkə başçısı Prezident İlham Əliyevə göstərdiyi dəstək və qayğıya görə minnətdarlığını ifadə edib.
O deyib: \”İndi hisslərimi ifadə etmək çox çətindir. Çox sevincliyəm. Bütün idmançılarımıza qələbə, qızıl medal arzu edirəm\”.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
İnterpress.az