İnterpress.az xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb. Yayılan məlumata görə, keçirilən əməliyyat nəticəsində ölkə ərazisində hazırlanan terror aktının qarşısını alınıb.
“Keçirilən xüsusi əməliyyat nəticəsində inqilaba qarşı olan terrorist qruplaşması təhlükəsizləşdirilib. Onlardan külli miqdarda partlayıcı aşkar edilib. Müəyyən edilib ki, həmin qrup İranın müstəqilliyinə qarşı olan xarici qüvvələrə xidmət edir”, – məlumatda bildirilib.
Qeyd edək ki, İran Konstitusiyasına Nəzarət Şurası bu gündən namizədliyi qeydiyyata alınanlarla bağlı araşdırmaya başlayır. Şura aprel ayının 28-də səlahiyyəti təsdiq olunmuş şəxslərin adlarını elan edəcək. Adları təsdiq olunmuş namizədlər 20 gün müddətində təbliğat kampaniyası apara biləcək. Prezident seçkiləri may 19-da keçiriləcək. Terror aktının qarşısının alınması barədə məlumat 19 may tarixində keçiriləcək prezident seçkilərinə bir neçə gün qalmış yayılıb.
İnterpress.az