İnterpress.az-ın məlumatına görə, bədii gimnastika və idman gimnastikası növlərində fərdi və komanda yarışlarının qalibləri müəyyənləşəcək. Cüdoda 3 çəkidə 4, paracüdoda 4 çəkidə 8 idmançı medal uğrunda yarışacaq. Qadın və kişi karateçilər kata və kumitedə hərəyə 3 medal üçün mübarizə aparacaqlar.
Günün ən ən çox maraq doğuran görüşlərirı həndbol komandaları arasında final və bürünc medal uğrunda matçlar olacaq. Qadınların mübarizəsində həlledici qarşılaşmada Azərbaycan və Türkiyə yığmaları üz-üzə gələcək. Bu komandalar voleybolçu qadınların yarışında qrup mərhələsinin görüşü çərçivəsində də üz-üzə gələcəklər.
Atıcılıq, üzgüçülük və ağırlıqqaldırma növlərində də medallar uğrunda mübarizə gedəcək.
Qeyd edək ki, artıq Azərbaycanın aktivində 22 medal var. Bunlardan 10-u qızıl, 9-u gümüş, 3-ü bürüncdür.
İnterpress.az