İnterpress.az-ın məlumatına görə, V Respublikanın ənənələrinə uyğun olaraq yeni seçilmiş prezident Emmanuel Makron Paris vaxtı ilə saat 10-da Yelisey sarayının perronunda Fransua Olland tərəfindən qarşılanıb.
Fransua Olland prezident kabinetində bağlı qapı arxasında Emmanuel Makronu dövlət sirləri ilə bağlı məlumatlandırdıqdan sonra həssas sənədlərin təhvil-təslimi olacaq. Yeni prezidentə nüvə silahının kodu veriləcək.
Bundan sonra yeni seçilmiş prezident sələfini Yelisey sarayının perronuna qədər müşayiət edərək yola salacaq.
Veteranlar meydanında yerləşən Ordu Muzeyinin qarşısında yeni prezidentin şərəfinə toplardan 21 yaylım atəşi açılacaq.
Günorta Emmanuel Makron yenidən Yelisey sarayına qayıdacaq. Zəfər Tağı qarşısında naməlum əsgərin xatirəsi yad ediləcək.
Axşam saat 17:00-da Prezident Emmanuel Makron Paris meriyasına gələcək və şəhər meri ilə görüşəcək.
Mayın 15-də Baş naziri təyin etdikdən sonra Fransanın yeni Prezidenti Almaniyaya Angela Merkellə görüşə yola düşəcək.
İnterpress.az