Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, bu Rusiya hökumətinin mövqeyi deyil, müəyyən dairələrin məqsədli sifarişidir:
\”Bu, Azərbaycana qarşı növbəti təzyiq addımıdır\”.
E.Məmmədov bildirib ki, Rusiyada kifayət qədər azərbaycanlı yaşayır və onlar bu ölkənin müxtəlif təbəqələrində təmsil olunurlar:
\”Həmin azərbaycanlılar Rusiyada kifayət qədər nüfuza və gücə malikdirlər. Konqresin ləğvi Azərbaycanla Rusiya arasındakı münasibətlərə mənfi təsir edə bilər\”.
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğv edilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçiriləcək.
İnterpress.az