Ermənistan hərbi texnikasının vurulduğunu təsdiqlədibackend

Ermənistan hərbi texnikasının vurulduğunu təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, xəsisliklə açıqlanan məlumatda məhv edilən “hərbi texnika” barədə müfəssəl xəbər verməyə lüzum bilməyən düşmən çox güman ki, Ermənistandakı etirazlardan çəkinərək canlı qüvvənin məhvini təsdiqləməyib.

Bununla bağlı \”facebook\” səhifəsində yazan Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyan da canlı qüvvə sarıdan itki vermədiklərini iddia edib. İşğalçı tərəf həyasızcasına baş verənlərə görə Azərbaycanın hərbi-siyasi rəhbərliyinin məsuliyyət daşıdığını bildirib.

“Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib”-Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.(musavat)

İnterpress.az