27 yaşlı qadın narko-kuryer tutuldubackend

27 yaşlı qadın narko-kuryer tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, polis əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Zığ yolu 38 ünvanına basqın edib. Axtarış zamanı evdə olan 1990-cı il təvəllüdlü Babayeva Malvina Etibar qızının üzərindən 18 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.

Məlum olub ki, M.Babayeva Hövsan qəsəbə sakinidir. O, 2014-cü ildə oğurluq və narkotik vasitə istifadə etdiyi üçün də saxlanılıb.

Bildirilir ki, M.Babayeva narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (lent.az)

İnterpress.az