66 kq çəki dərəcəsində qalib gələn güləşçilərə medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.
Bu çəki dərəcəsində idmançımız Kamran Məmmədov birinci olub.
Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
İnterpress.az