İnterpress.az-ın məlumatına görə, İranın ali dini rəhbəri Ayətulla Əli Xamenei iranlıları prezident seçkilərində fəal iştirak etməyə səsləyib. Xamenei artıq Tehranda seçki məntəqələrinin birində səsvermədə iştirak edib.
Xatırladaq ki, İranda keçirilən prezident seçkilərində 4 namizəd mübarizə aparır. Bunlar ikinci dəfə prezident seçilməyi hədəfləyən Həsən Ruhani, ölkənin sabiq baş prokuroru Ebrahim Rəisi, sabiq mədəniyyət və islam orientasiyası naziri Mustafa Ağa Mirsalim və eks sənaye naziri Mustafa Haşemi Tabadır.
İnterpress.az