Trumpı  gözləyərkən yuxuya getdilər!backend

Trumpı gözləyərkən yuxuya getdilər!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Trumpı qarşılamağa hazırlaşan Tel Aviv rəhbərliyi, son sınaqları Ben Gurion Beynəlxalq hava limanında edib.
ABŞ lideri üçün çox möhkəm təhlükəsizlik tədbirləri alan İsrail Ordusu, eyni zamanda ABŞ döyüş təyyarələriylə də birlikdə manevrlər edib.
\”Reuters\” xəbər agentliyi, Juniper Falcon adlı manevr edən ABŞ F-15 döyüş təyyarələrinin fotoşəkillərini dünyaya yayıb.
Bu gün gələn son fotoşəkillərdə isə, qarşılama mərasimi üçün gözləyən İsrail əsgərlərinin mürgülədiyi görülür.
Ərəb mətbuatı, Trumpın ziyarətində Fələstin və İsrail arasındakı sülh danışıqlarını yenidən başlatmağı sınayacağını bildirir.
Zamanında Barak Obamanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMGK) bitərəf qalmasıyla tarixi bir zərbə alan və işğal altındakı Fələstin torpaqlarından dərhal çəkilməsi istənən İsrail, hazırda Trumpın ən yaxın müttəfiqi.
Qeyd olunur ki, ABŞ lideri, BMGK qərarı sonrası Twitter hesabından \’20 yanvara\” qədər səbr edin \’yazmışdı.
Vəzifəyə gəldikdən sonra, ilk xarici səfərini Səudiyyə Ərəbistanına edən ABŞ prezidenti Donald Trumpın səfərinin ikinci dayanacağı olan Qüdsdə təhlükəsizliyini artırılmış zirehli qüvvələrlə qorunacağı bildirilib.
\”NBC News\”in xəbərinə görə, bu gün Qüdsə gələcək olan Trump, şəhərin mərkəzində olan beş ulduzlu King David Otelində qalacaq.
Məkan silahlı və qaz hücumuna qarşı xüsusi ventilyasiya sistemi ilə qüvvətləndirilmiş.

İnterpress.az