Araşdırmaya görə, hər gün 10-15 ədəd çiyələk yemək döş xərçənginin yaranmasının və mövcud şişlərin yayılmasının qarşısını alır. Çiyələyin tərkibindəki elastik asit və antosiyanin maddələri şişlərə qarşı mübarizədə mühüm rol oynayır.
– Faydaları sırasında ilk olaraq C vitamini ilə zəngin olması gəlir. 8 ədəd çiyələk yeyərək, gündəlik C vitamini ehtiyacını qarşılaya bilərsiniz.
– Pis xolesterolu azaldır.
– Xəstəliklərə qarşı bədən müqavimətini artırır. Xərçəngə qarşı qoruyur, alzheimer xəstəliyinin riskini azaldır, ürək və damar sağlamlığını qoruyur.
– Yaşlanmayla bağlı problemlərin qarşısını alan antioksidant tərkiblidir.
– Şəkər xəstələri çiyələk yeməkdən ehtiyat etsələr də, bir kasa çiyələkdən ziyan gəlməz. Üstəlik qan şəkərini qoruyur.
– Xroniki qəbizlik probleminə qarşı faydalıdır.
– Dəri üçün faydalı olan çiyələk tərkibindəki C vitamini sayəsində dəri quruluğu, qırış kimi problemlərin qarşısını alır.
-Tərkibindəki sümüyü möhkəmləndirən fermentlərin istehsalında manqanez əhəmiyyətli rola malikdir.
İnterpress.az