Terrora qarşı ortaq cəbhəbackend

Terrora qarşı ortaq cəbhə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trump ilk xarici səfəri çərçivəsində getdiyi Səudiyyə Ərəbistanının paytaxtı Riyadda, əhalisinin əksəriyyəti müsəlman olan 55 ölkədən liderlərlə bir araya gələrək terrora qarşı birlik qərargahı ehtiva edən Riyad Bəyannaməsini imzaladı.
Dünən reallaşdırılan və Türkiyədən xarici işlər naziri Mevlüt Çavuşoğlunun qatıldığı sammitin sonunda nümayiş olunan bəyannamədə, \”Güvən, sabitlik və sülhün təmin edilməsi üçün Ərəb və İslam ölkələrinin ABŞ ilə terror ilə mübarizədə koordinasiya içində olması, məlumat və təcrübə transferi başda olmaq üzrə bir çox sahədə ortaq hərəkət etmə qərarı alındığı\”-ifadə edildi.

\”İran düşməncəsinə davranır\”

Strateji Yaxın Şərq İttifaqı \”çərçivəsində\” Suriya və İraqdakı terror təşkilatlarına qarşı istifadə edilmək üzrə 34 min əsgərdən ibarət olan ehtiyat gücünün qurulması qərarı alındı. İttifaqın məqsədinin \”Terrorun hər cür forması ilə mübarizə aparmaq, terroru bəsləyən fikirləri və terrorun maliyyə qaynaqlarını yox etmək\” – olduğu ifadə edildi.
Bəyannamədə İranın bölgə ölkələrinin daxili işlərinə müdaxiləsi və düşməncəsinə rəftarları da qəti şəkildə qınandı. Digər tərəfdən dünən İsrailə gedən Trump, İsrail prezidenti Reuven Rivlin ilə Qərb Qüdsdə bir araya gəldi. Görüşdən sonra çıxış edən Trump, \”İranın nüvə silah əldə etməsinə icazə verilməməlidir. İran bölgədəki qatil terror təşkilatlarına verdiyi maddi dəstəyi və hərbi təhsili dərhal dayandırmalıdır \”dedi.

İnterpress.az