İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə 22 adamın həyatını itirdiyi terror hücumunun ardından paytaxt Londonda şübhəli paket səbəbi ilə xüsusi polis dəstələri hərəkətə keçdi.
İngilis polisi, avtobus terminalında şübhəli paketin araşdırma altına alındığını bildirib.
\”Victoria\” Avtobus Terminalinin ətrafındakı bütün yollar bağlanılıb.
Qeyd olunur ki, avtobus terminalı, Kral ailəsinin yaşadığı \”Buckingham\” Sarayına yaxın mövqedə.
İnterpress.az