İnterpress.az-ın məlumatına görə, belə açıqlama ilə Fransanın baş naziri Eduar Filipp çıxış edib.
Baş nazir deyib: \”Ölkədə terror hadislərilə bağlı risk hələ də yüksək səviyyədə qalmaqda davam edir\”.
Mançesterdə baş vermiş terror hadisəsinə həsr olunmuş Fransa Nazirlər Kabinetinin iclasından sonra o qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi üçün sərhəddə nəzarət gücləndirilməlidir.
Daha öncə isə Fransada elan olunmuş fövqəladə vəziyyətin müddətinin noyabrın 1-ə qədər uzadılması barədə fikirlər səsləndirilib.
İnterpress.az