İnterpress.az-ın məlumatına görə, 103 yaşlı Əli Tanrıyar müalicə olunduğu xəstəxanada həyatla vidalaşıb.
1914-ci ildə Yunanıstanın Kavala şəhərində dünyaya gələn Əli Tanrıyar 1986 – 1990-cı illərdə \”Qalatasaray\” prezidenti olub.
1986-ci ildə maliyyə çətinlikləri yaşayan \”Qalatasaray\” klubunun başçısı vəzifəsinə gələn Əli Tanrıyar tezliklə klubun maliyyə vəziyyətini düzəldib, UEFA Kubokunu qazanacaq komandanın təməlini yaradıb.
İnterpress.az