Bir ay əvvəl ailə qurmuş gənc avtomobil qəzasında ölüb- Abşerondabackend

Bir ay əvvəl ailə qurmuş gənc avtomobil qəzasında ölüb- Abşeronda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, hadisə yolun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Xırdalan şəhərində 1990-cı il təvəllüdlü Məmmədov Sahil Əfsər oğlu idarə etdiyi 90-EH-176 dövlət qeydiyyat nişanlı \”VAZ-2106\” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə dəmir arakəsməyə çırpılan avtomobil aşıb. Sürücü S.Məmmədov ölüb, onun sərnişini 1990-cı il təvəllüdlü Əliyev Aydın İlqar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, xəsarət alan sərnişin A.Əliyev ölən sürücünün qaynıdır. Qəza nəticəsində ölən S.Məmmədov 1 ay öncə ailə qurubmuş. O, evin tək övladı olub.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az