İnterpress.az \”Sabah\”a istinadən bildirir ki, Yunan xəbər agentliyinin məlumatına görə, ailəsi tərəfindən verilən açıqlamada Miçotakisin bu gün saat 01.00-də vəfat etdiyi bildirildi.
Yeni Demokratiya Partiyasının (ND) Ümumi Başçısı Kiryakos Miçotakiin və keçmiş xarici işlər naziri ND millət vəkili Dora Bakoyanninin atası olan Miçotakis, 1990-1993-ci illərdə Yunanıstanın Baş naziri vəzifəsində çalışıb.
Yunanıstanın məşhur siyasət və dövlət adamı Eleftherios Venizelosun da qohumu olan Miçotakis, 1967-cı ildə hərbi xuntalar tərəfindən həbs olunmuş, ancaq daha sonra Türkiyəyə qaçmışdı.
Yunanıstan parlamentində uzun illər xidmət edən Miçotakis, 1974-ci ildə ölkəsinə dönənə qədər sürgündə yaşamışdı.
İnterpress.az