İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ümumiyyətlə rusların elan verdikləri \”Otaq yoldaşı axtarıram\” sxemi əslində çox sadə qaydaya söykənir. Türkiyədəki otellər iki fərqli adama yarı yarıya daha ucuza başa gəlir. İyun ayının əvvəllərində beş ulduzlu və hər şey daxil oteldə otaq başına ortalama 50 min rubla (təxminən 2650 TLə) turu əldə edən turist, xərci paylaşmaq üçün tanımadığı birini tura dəvət edir. Beləcə 50 min rubl yerinə adam başına 25 min rubl, yəni 1325 AZN ödənmiş olur. Tək adam oteldə qalmış olsaydı ən az 2 min TL ödəmək məcburiyyətində qalacaqdı.
Rusiyadakı sosial şəbəkələrdə Türkiyədə tətil etmək üçün ortaq axtarış trendinin bir neçə nümunəsini təqdim edirik:
28 yaşındakı Yekaterina:- \”İyunda Türkiyə turu üçün otel otağıma qız yoldaşı axtarıram. Türkiyədə insanı, gündəlik problem və narahatlıqlardan uzaqlaşdıran bir həftə keçirmək istəyirəm. Mənimlə birlikdə Türkiyədəki orijinal mühiti bir daha yaşamaq istəyən dürüst və şən qız yoldaşı axtarıram \”.
Marina: \”8-12 iyun arası Kapadokya üçün yoldaş axtarıram. Bir-neçə nəfər də ola bilər. Hava balonları ilə günün doğuşunu qarşılayacayıq. Marsa getmiş kimi peyzajları görəcəyik. Söz verirəm şən və əyləncəli olacaq \”.
Mishel:-\”Bir neçə günlük İstanbula gedirəm. Şən və dostluğu sevən qız yoldaşı axtarıram. Bir az ingilis dilini bilsə yaxşı olar.\”
İnterpress.az