İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, 1983-ci ildə hərbi rəhbərlik altında Panamanın başına keşən Noriega, ABŞ-ın Mərkəzi Kəşfiyyat Təşkilatı (CIA) ilə birlikdə çalışırdı. Pablo Escobar kimi narkotik qaçaqçılarıyla çalışdığı ortaya çıxan Norieganın təzyiqçi rejiminin gücünü artırması üzərinə ABŞ 1989-ci ildə Panamayı işğal etmiş, bunun üzərinə Noriega vəzifədən alınmışdı. ABŞ-ın Panamayı işğalı əsnasında evi axtarılan Noriega, Vatikanın diplomatik missiyasına sığınmışdı.
1990-cı ilin yanvarın 3-də tutulduqdan sonra ABŞ-da narkotik ticarəti və çirkli pulların yuyulmasında günahlarından Noriega 17 il həbs cəzası alır. 2010-ci ildə Fransaya gedən Noriega, sui-istifadə, cinayət və insan hüquqları pozuntularından ötəri məhkəmə qərarı ilə Panamaya göndərilir. Panamada həbsdə yatan Noriega, bu ilin yanvar ayında beynində bədxasəli şişin olmasının ardından əməliyyat olması üçün həbsxanadan çıxarılmışdı. Əməliyyatın ardından beyin qanaması keçirən Noriega, ikinci bir əməliyyata alınır. Ancaq əməliyyatın ardından vəziyyətinin pisləşməsi üzərinə həyatını itirir.
İnterpress.az