NATO-nun İstanbul sammiti əngəlləndibackend

NATO-nun İstanbul sammiti əngəlləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, \”Die Welt\”in üst səviyyə NATO səlahiyyətlilərinə istinadən xəbərinə görə, prezident Rəcəb Tayyib Ərdoğan, 2018-ci ildəki NATO zirvəsinin İstanbulda keçirilməsini təklif etdi. Ancaq söz mövzusu təklif bir çox ölkə tərəfindən mənfi qarşılandı. Xəbərdə, başda Almaniya və Fransa olmaqla Danimarka, Hollandiya və Kanadada sammitin İstanbulda təşkil edilməsi təklifinə qarşı çıxdıqları ifadə edildi.

NATO-nun gələcək il təşkil ediləcək zirvəsinin Brüsseldə yeni inşa edilən NATO qərargahında toplanacağı təxmin edilərkən, bu mövzuda dəqiq qərarın iyunda NATO Müdafiə Nazirləri yığıncağında veriləcəyi bildirilir.

İnterpress.az