Prezident fərman imzaladıbackend

Prezident fərman imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli 185 nömrəli Fərmanı ilə təsdiq edilmiş \”Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə\”ni \”Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında\” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli 185 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 635; 2016, № 6, maddə 1057, № 8, maddə 1384) ilə təsdiq edilmiş \”Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə\”nin 3.1.32-ci yarımbəndində \”həyata keçirmək\” sözləri \”təşkil etmək\” sözləri ilə əvəz edilsin.

İnterpress.az