Şam ağacı qozası – insulta faydası varbackend

Şam ağacı qozası – insulta faydası var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Soyuqdəymə, bronxit, vəzərəm zamanı təzə şam qozaları dəmlənilir və içilir. Oynaqlar xəstəlikləri zamanı dəmləmə həm içilir, həm də islatmalar şəklində istifadə olunur – dəmləmədə pambıq parça isladılır və xəstə oynağın üzərilə qoyulur.
Şam qozası fitonsid maddələrlə olduqca zəngindir. Bu maddələr orqanizmə güclü iltihab və mikrobəleyhinə təsir edir, immun sistemini gücləndirir.
Bundan əlavə şam ağacının qozalarında çox nadir və qiymətli \”tanin\” maddələri var. Bu maddələr insult zamanı beyin hüceyrələrinin ölməsini xeyli ləngidir. Şam ağacı qozalarının bu nadir xüsusiyyətini Amerika alimləri aşkar ediblər. İnsult zamanı və insultdan sonra insanın beynində hüceyrələr çox sürətlə ölür ki, bu da müxtəlif və çox ciddi pozulmalara səbəb olur. Belə ki, statistikaya görə, insult keçirmiş insanların 1/3 hissəsi ölür, 1/3 hissəsi əlil qalır və ətrafdakıların daimi köməyinə möhtac olur, digərlərində müxtəlif nitq, yaddaş və s. ciddi pozulmalar inkişaf edir.
Amerika alimləri siçanlar üzərində eksperimentlər aparıblar. Eksperimentlər zamanı məlum olub ki, şam ağacı qozasının tərkibində olan tanin maddələrini qəbul edən siçanlarda bu maddələri qəbul etməyən siçanlarla müqayisədə insultdan sonra beyin hüceyrələrinin xeyli hissəsi salamat qalıb.
Şam ağacı qozasından dəmləmə hazırlamaq üçün 5 təzə qoza götürülür, yaxşı yuyulur, doqranilir, üzərinə 1/2 l qaynar su əlavə olunur, vam odda 5 dəqiqə ərzində qızdırılır. Dəmləməni soyudun və gün ərzində 2 dəfə stəkanın 1/4 hissəsi olmaqla qəbul edin.
Belə dəmləməni insultdan sonra və insultun profilaktikası məqsədi ilə, bronxit, soyuqdəymə zamanı qəbul etmək olar.
Dəmləməni qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Bəzi xəstəliklər zamanı bu dəmləmənin qəbulu əks-göstəriş sayılır.

Şam ağacı qozası - insulta faydası var

İnterpress.az