Trumpın Qüds qərarıbackend

Trumpın Qüds qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev, ABŞ prezidenti Donald Trumpın, Tel-Əvivdəki ABŞ səfirliyini Qüdsə daşıma qərarını hələlik təxirə saldığını açıqladı.

Şərhdə, \”Kimsə bu addımı, Başçı (Trump) İsrailə və ABŞ-İsrail ittifaqına olan güclü dəstəyindən geri addım olaraq görməməli. Başçı Trump, İsrail ilə Fələstin arasında sülh danışıqlarının şansını artırmaq və ABŞ-ın milli təhlükəsizlik maraqlarını müdafiə etmək üçün bu qərarı vermişdir\”- ifadələrinə yer verildi.
Şərhin sonunda isə Trumpın daha əvvəl bir çox dəfə dilə gətirdiyi \”ABŞ səfirliyini Qüdsə daşıma fikrini davam etdirdiyi, yalnız bu məsələnin zamanla əlaqədar olduğu\” vurğulandı.
Trump, kampaniya dövrü ərzində bir çox dəfə Tel-Əvivdəki ABŞ səfirliyini Qüdsə daşıyacağını vədi vermişdir, lakin Yanvarın 20-də vəzifəyə gəldikdən sonra bu qərar haqqında düşünəcəyini və ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun hala gətirildikdən sonra həyata keçəcəyini ifadə etmişdi.
ABŞ Konqresi, 1995-ci ildə Qüdsü İsrailin paytaxtı olaraq tanıyan bir qanunu qəbul etmiş, ancaq o tarixdən bu yana vəzifə yerinə yetirən başçıların hamısı ölkə maraqlarını səbəb göstərərək səfirliyi Tel – Avivdə tutmuş və şəhərin statusuyla əlaqədar aparılan müzakirələrə dəstək vermişdi.
Qeyd edək ki, 1995-ci ildən bu yana ABŞ başçıları, söz mövzusu qanundakı əlaqədar maddəni istifadə edərək səfirliklə əlaqədar qərarı uzadırdı.

İnterpress.az