Əfqanıstanın paytaxtı Kabil qana bulandı – FOTObackend

Əfqanıstanın paytaxtı Kabil qana bulandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi Mətbuat müşaviri Vahidullah Macruhun hücumda 80 adamın öldüyünü, 350 adamın yaralandığını bildirdi.
Rus xəbər agentliyi Sputnikin xəbərinə görə, hücumu terror təşkilatı DEAŞ boynuna götürüb. Hücumdan qısa müddət əvvəl şərh edən terror təşkilatı Taliban isə vətəndaşları hədəf alan hücumu qınayaraq, hücumun Taliban tərəfindən təşkil edildiyinə istiqamətli iddiaları yalanladı.
Daxili işlər nazirliyi Spikeri Naci Tanış da hücumun bölgədəki bir su tankına yerləşdirilən bombayla təşkil edildiyini qeyd etdi.
Paytaxtın hər yerindən hiss edilən partlamada, Vəzir Əkbər Handaki binaların çoxu ağır ziyan gördü, təxminən 30 ev külə döndü.
Polis, partlayış yerini təhlükəsizlik çevrəsinə alaraq, bölgəyə gedən yolları bağladı.
Səfirlik binası bölgəsinə yaxın Almaniya Xarici İşlər Nazirliyi, hücumda səfirlik işçilərindən bəzilərinin yaralandığını, Əfqan təhlükəsizlik işçisinin həyatını itirdiyini açıqladı.
Hücum bölgəsinə yaxın yerdə olan Türkiyənin Kabil səfirliyində isə can və mal itkisi olmadığı, binanın şüşə və divarlarında kiçik diametrli ziyan meydana gəldiyi öyrənildi.

Əfqanıstanın paytaxtı Kabil qana bulandı - FOTO

Əfqanıstanın paytaxtı Kabil qana bulandı - FOTO

Əfqanıstanın paytaxtı Kabil qana bulandı - FOTO

İnterpress.az